
Şəhidin anası Vahimə Teymurova “gece.ws” ilə sevincini bölüşüb.
“10 il idi mənim gözüm yolda idi... Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən öz Prezidentimi təbrik edirəm, o bu sərəncamı verib. Kimin bu işdə əziyyəti olubsa, Allah onlara cansağlığ versin, həmişə başıuca eləsin! Azərbaycan xalqı həmişə azadlıq, əmin-amanlıq içərisində yaşasın! Çünki bizim övladlarımız bu azadlığı xalqımıza qazanıblar. Bu azadlıq əbədi olsun, daimi olsun! Mən çox qürur hissi keçirirəm, həddindən artıq həyəcanlıyam...”, - şəhid anası bildirib.
Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə 35 yaşında Aprel döyüşləri zamanı şəhid olub. “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.
Gülnar Əliyeva