Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.02.2026 | 17:52 | Baxılıb: 1848
Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb.

“gece.ws” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib və quduzluğa qarşı zərdab vurulub.

Qeyd edək ki, son vaxtlar rayonda itqapma ilə bağlı xəstəxanaya müraciət edən insanların sayının artdığı bildirilir. Martın 20-də də Biləsuvarda 1974-cü il təvəllüdlü bir kişinin əlini it qapmış, nəticədə barmağı amputasiya olunmuşdu.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.