
“gece.ws” xəbər verir ki, iyunun 23-ü saat 19 radələrində Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki məhdudiyyətli şəxslər üçün istifadə edilən arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.