Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2026 | 18:14 | Baxılıb: 2699
Samux rayonunda bir nəfər su kanalında batıb.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.

Batan şəxsin 2014-cü il təvəllüdlü M. Musayev olduğu bildirilir.

Hadisə yerinə polis, prokurorluq və Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112" qaynar telefon xəttinə Şəmkir kanalının Samux rayonu, Qarabağlar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

12 yaşlı oğlanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.