Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.16.2026 | 10:12 | Baxılıb: 2628
Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. 

“gece.ws"in məlumatına görə, rayonun Dəllər qəsəbə sakini 2013-cü il təvəllüdlü Y. Məmmədovun səhhəti hamamda pisləşib və qıcolma baş verib. Nəticədə o, boğularaq ölüb. 

Faktla bağlı araşdırma başlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:50 radələrində 2013-cü il təvəllüdlü (kişi) azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Ölüm faktı qeydə alınan azyaşlının meyidi ailəsinə təhvil verilib.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.