
“gece.ws” “StarHit” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə qrupun solisti Sergey Jukov məlumat verib.
“Albomu bilmirəm, harda dinləyəcəksən. Amma bu, səni qaraja getməyə və köhnə stereonu çıxarmağa ruhlandıracaq”, - Jukov deyib.
Albomda 15 mahnı yer alacaq. Musiqiçinin sözlərinə görə, qrupun iyulun 25 və 26-na planlaşdırılan Lujniki stadionundakı konsertlərinə qədər hər cümə günü bir yeni trek buraxılacaq.