Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.14.2026 | 11:00 | Baxılıb: 3166
Zərdab rayonunun Gödəkqobu kəndində 14 il sonra övladları dünyaya gələn ailəyə sakinlər sürpriz ediblər.

“gece.ws” Xəzər TV-yə istinadən xəbər verir ki, qonşular ailənin məlumatı olmadan onların gələcəyi yolu bəzəyiblər.

Bakıdan uşaqların gəlmə xəbərini eşidən kənd sakinləri bəzəmə işlərinə başlayıblar. Hətta onların bu sürprizi sosial şəbəkələrdə də maraqla qarşılanıb.

“14 il həsrətlə gözlədiyim övladlarım dünyaya gəldi. Çox əziyyətlər çəkdik. İndi iki qız övladım - Zeynəblə Zəhra doğulub. Kənd camaatı da bizim sevincimizə qoşuldu, yolu-izi bəzədilər”, - körpələrin atası bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.