Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.15.2026 | 10:04 | Baxılıb: 3941
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.

Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.

Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.