
“gece.ws” xəbər verir ki, bu haqda “AFP” məlumat yayıb.
Hakimlər bu tədbirin “ifadə azadlığına və məlumatın yayılmasına qeyri-mütənasib müdaxilə” təşkil etdiyi barədə qərar çıxarıblar.
Parlament tərəfindən 21 iyulda qəbul edilmiş qanunun 1 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Bu qanun 15 yaşdan kiçik uşaqların TikTok, “Snapchat”, “X” və “Instagram” kimi platformalardan, eləcə də “YouTube” kimi xidmətlərin sosial funksiyalarından istifadəsini qadağan edəcəkdi.