Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.16.2026 | 12:04 | Baxılıb: 3106
Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən edilib. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib.

Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.