
“gece.ws” xəbər verir ki, bununla bağlı Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb.
“6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.