
“gece.ws” xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi müxbir Oleq Bloxin teleqram kanalında çıxış edib.
Məlumata görə, hadisə Moskvanın Orexovo bulvarında yerləşən ticarət mərkəzində baş verib. Onun sözlərinə görə, mühafizəçi H.H.-nin ictimai yerdə namaz qılmasına icazə verməyib, buna cavab olaraq sonuncu ona bıçaqla hücum edib.
Bloxin azərbaycanlının mühafizəçiyə bir neçə bıçaq xəsarəti yetirdikdən sonra ticarət mərkəzini tərk etdiyini yazıb.
O bildirib ki, həmin gün polis əməkdaşları onu tapıb və saxlayıblar: “Saxlanma zamanı o müqavimət göstərib və iki polis əməkdaşına bıçaq xəsarətləri yetirib”.
Onu da qeyd edək ki, Rusiyanın teleqram kanallarında hadisə ilə bağlı video yayılıb. Təhlükəsizlik kameralarında yeniyetmənin arxadan mühafizəçiyə yaxınlaşdığı, ona əlindəki predmetlə toxunduqdan sonra hadisə yerindən qaçdığı aydın olur. Daha sonra isə mühafizəçi onun arxasınca addımlayır. Amma H.H.-nin əlindəki vasitənin soyuq silah olub-olmadığı dəqiq görünmür.