Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.17.2026 | 17:15 | Baxılıb: 6235
Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov barəsində ittihamedici hökm çıxarılıb.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.

Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.