
“gece.ws” xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami prospektində qeydə alınıb.
1989-cu il təvəllüdlü Süleymanov İslam idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən 2010-cu il təvəllüdlü piyada Qarayev Sahibi vurub.
Yaralı şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, sürücü İ.Süleymanov rayonda stomatoloq kimi fəaliyyət göstərir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
