Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.16.2026 | 21:42 | Baxılıb: 1865
“Delta Air Lines” reysi ilə uçan sərnişinlər göyərtədəki qəribə qoxudan şikayətləndikdən sonra təyyarə ABŞ üzərində geri dönüb.

“gece.ws” xəbər verir ki, bu haqda “Daily Star” məlumat yayıb.

Hadisə iyunun 11-də Orlandodan Detroyta uçan təyyarədə baş verib. 187 sərnişini daşıyan təyyarə sonda Şarlotta eniş edib.

“Müştərilərimizin təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Bu təcrübəyə və gecikmələrə görə üzr istəyirik”, - “Delta” açıqlamasında bildirib.

Enişdən sonra sərnişinlər mehmanxanaya yerləşdirilib, təyyarə baxışa göndərilib. Qəribə qoxunun səbəbi məlum deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.