Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.25.2026 | 21:38 | Baxılıb: 1161
İsveçrə fevralın 26-dan etibarən Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin bütün tədbirlərinə əməl edəcək.

“gece.ws” xəbər verir ki, bu haqda İsveçrə hökuməti məlumat yayıb.

“25 fevral 2026-cı ildə Federal Şura Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketinin əlavə tədbirlərini qəbul etmək barədə qərar qəbul edib. Yeni tədbirlər 26 fevral 2026-cı ildə qüvvəyə minəcək”, - İsveçrə hökumətinin bəyanatında deyilir.

Qeyd edilib ki, İsveçrə Federal Şurası Aİ-də akkreditə olunmuş rusiyalı diplomatlar üçün onların tranzit və ölkəyə girişi ilə bağlı hesabat tələbi tətbiq edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.