
“gece.ws” xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, Ayşən Qorxmaz qızı Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, A.Əliyeva Biləsuvar rayon sakinidir və hazırda Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdam Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində 1 nəfər (qadın) zəhərlənmə şübhəsilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir”.
Ziya Əmirxanlı