Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.27.2026 | 15:45 | Baxılıb: 2204
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi “QAZ-66” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.