
“gece.ws” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib.
“Büdcə hesabatları üzrə 1 milyard manatdan, maliyyə hesabatları üzrə isə 2 milyard manatdan çox təhrif düzəldilib. 100 milyon manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb. Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə sənədləşmə təkmilləşib, hesabatlılıqda uyğunsuzluqlar aradan qaldırılıb”, - deyə V.Gülməmmədov qeyd edib.
Nuranə Daxilqızı