
“gece.ws” xəbər verir ki, 34 yaşlı İşa Ambani tədbirə mikro ölçülü çanta və brilyant zinət əşyaları ilə qatılıb.
Minlərlə daşla bəzədilmiş aksesuar kiçik ölçüsünə baxmayaraq, yüksək qiyməti və qeyri-adi dizaynı ilə gündəm olub.
Məlumata görə, yalnız bir dodaq boyası yerləşdirilə bilən çanta 3025 ədəd parlaq kəsimli brilyantdan hazırlanıb. Onun dəyərinin 2 milyon dollardan çox (3,4 milyon manat) olduğu bildirilir.
Qeyd edək ki, İşa Ambani Hindistanın ən böyük şirkətlərindən biri olan “Reliance Industries”in rəhbəri, milyarder Mukeş Ambaninin qızıdır.
