Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.11.2026 | 15:40 | Baxılıb: 2264
Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“gece.ws"in məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.