Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 12:23 | Baxılıb: 1505
Britaniya şahzadəsi Harri 20 ay sonra ilk dəfə atası, Kral III Çarlzla görüşmək niyyətindədir.

“gece.ws” xəbər verir ki, bu barədə “Daily Mirror” yazıb.

Məlumata görə, monarxın kiçik oğlu sentyabrın 8-də Kraliça II Yelizavetanın ölüm ildönümü ilə bağlı Böyük Britaniyaya səfər edəcək. 

Bildirilib ki, Kralın isə sentyabrın sonuna qədər xarici səfərləri planlaşdırılmır. 

III Çarlz sonuncu dəfə şahzadə Harri ilə 2024-cü ilin fevralında görüşüb. 

“Aydındır ki, hər iki tərəf bu görüşün baş tutmasını istəyir. Onlar genişmiqyaslı ailə problemlərinin həll edildiyi təəssüratını yaratmırlar, lakin məhz Kral və Harridən başlamaq lazımdır”, - deyə amerikalı mənbə “Daily Mirror”a bildirib.

Xatırladaq ki, şahzadə Harri 2020-ci ildən ABŞ-də yaşayır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.