
“gece.ws” xəbər verir ki, mundialın rəsmi instaqram səhifəsində yayımlanan fotoxronikada portuqaliyalı ulduzun debüt etdiyi 2006, həmçinin 2010, 2014, 2018, 2022 və onun üçün sonuncu dünya çempionatı olacağı gözlənilən DÇ-2026-dan fotoları yer alıb.
Xatırladaq ki, zəngin karyerasına 5 “Qızıl top” (Ballon d'Or), 5 Çempionlar Liqası kuboku, 2 UEFA Millətlər Liqası çempionluğu və 1 Avropa çempionluğu sığışdıran 41 yaşlı portuqaliyalı ulduzun ən böyük hədəfi kolleksiyasında əskik olan yeganə titulu – dünya kubokunu qazanmaqdır.
Məlumat üçün bildirək ki, Pireney təmsilçisi iyunun 17-də K qrupunda Konqo DR seçməsini sınağa çəkəcək.




