Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.19.2026 | 23:16 | Baxılıb: 1473
Moldova hakimiyyəti 20 ölkədən uçuşlara qadağa müddətini uzadıb.

“gece.ws” xəbər verir ki, bu barədə Moldova İnfrastruktur və Regional İnkişaf Nazirliyi məlumat yayıb.

Sənədə əsasən, məhdudiyyətlər 200-dən çox daşıyıcıya şamil edilir. Tədbirlər Rusiya, Əfqanıstan, Eritreya, Liviya, Nepal, Sudan, Surinam, İran, Şimali Koreya və digər ölkələrdən olan şirkətlərə şamil edilir.

Nazirlik aydınlaşdırıb ki, uçuş məhdudiyyətləri Moldova Avropa İttifaqına (Aİ) üzv olana qədər qüvvədə qalacaq. Bildirilir ki, bu tədbirlər yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yönəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.