Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
21 yaşlı futbolçu faciəvi şəkildə vəfat etdi
 
						21 yaşlı futbolçu faciəvi şəkildə vəfat etdi
Əlavə olunub: 04.10.2025 | 16:01 | Baxılıb: 2418
Perunun “Real Titan” klubunun futbolçusu Helar Qonzales Altamirano dünyasını dəyişib.

“gece.ws” xəbər verir ki, 21 yaşlı oyunçu qapıçı ilə toqquşaraq faciəvi şəkildə vəfat edib.

İnsident Peru kuboku çərçivəsində “Defensor Nueva”ya qarşı oyunu zamanı baş verib. “Real Titan”ın formasını geyinən Altamirano qarşılaşmanın 70-ci dəqiqəsində rəqibin qapıçısı ilə toqquşaraq başından ağır zədə alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ölümə səbəb gənc futbolçunun başındakı damarın yırtılması olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.