Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 18:43 | Baxılıb: 2056
Mingəçevirdə 21 yaşlı gənc suda çimərkən boğulub.

“gece.ws” xəbər verir ki, hadisə Mingəçevir şəhər çimərliyində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu suda batıb.

Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.