Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 12:14 | Baxılıb: 2006
Biləsuvarda gənclər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Cəbrayıl sakini Fərid Samir oğlu Həziyev iş yoldaşları tərəfindən bıçaqlanıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, adıçəkilən şəxslər Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.