Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.30.2026 | 07:35 | Baxılıb: 5624
Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

“gece.ws” Gürcüstan mediasına istinadən xəbər verir ki, ölən şəxs Bolnisi rayonunun Kazreti qəsəbə sakini 23 yaşlı Elvar Sariyevdir.

Məlumata görə, E.Sariyev işləmək məqsədilə Polşaya gedibmiş.

Hadisə də Polşanın Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Bildirilir ki, Elvar Sariyev dostları ilə birlikdə göldə çimərkən boğulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.