Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.23.2026 | 13:38 | Baxılıb: 2298
Yaponiyanın Aomori prefekturasında 230 min toyuq tələf ediləcək.

“gece.ws” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin bölgədə quş qripinin artmasıdır. 

Sözügedən prefekturada 32 quşçuluq ferması ətrafında 10 km radiuslu qadağan olunmuş zonalar yaradılıb.

Ölkə rəhbərliyi xəstəliyin daha geniş əraziyə yayılmasından ehtiyat edirlər.

Qeyd edək ki, 2023-cü ildə Yaponiyada toyuqların kütləvi şəkildə məhv edilməsi ölkədə yumurta qiymətlərində 1991-ci ildən bu yana ən böyük artıma səbəb olmuşdu. Bu zaman, illik göstəricidə ölkədə yumurtanın qiyməti 76 faiz artmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.