Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.09.2026 | 07:49 | Baxılıb: 4203
“Survivor Türkiyə” yarışmasında adaya vida edən son iştirakçı Murat Arkın olub.

“gece.ws” xəbər verir ki, o, yarışdakı son açıqlamaları ilə diqqət çəkib.

Murat Arkın bildirib ki, atası, məşhur aktyor Cüneyt Arkın vəfat etdikdən sonra uzun müddət ciddi sağlamlıq problemləri ilə üzləşib.

“Xüsusilə atamı itirdikdən sonra 2,5 il diaqnoz qoyulmayan qəribə bir xəstəliklə mübarizə apardım. Məhz sağaldığım dövrdə “Survivor” təklifi gəldi. Əvvəl tərəddüd etdim, amma ailəmin dəstəyi ilə qəbul etdim”, - deyə o bildirib.

Arkın yarışmaya qatılmasının əsas səbəbinin özünü sınamaq olduğunu vurğulayıb.

“Buraya başqaları ilə yarışmağa deyil, özümlə mübarizə aparmağa gəlmişdim. Məqsədim özümə sübut etmək idi ki, ağır bir dövrdən keçmiş insan yenidən ayağa qalxa və böyük çətinliklərin öhdəsindən gələ bilər”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.