Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.25.2026 | 13:59 | Baxılıb: 2923
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“gece.ws"in məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Tural Məmmədlini elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xaçmaz rayonundakı “Xudat” sərhəd dəstəsinin MAXE-si, 2001-ci il təvəllüdlü Məmmədli Tural İbrahim oğlu məzuniyyətdə olarkən yaşadığı Bağbanlar kəndində elektrikli burğu alətindən istifadə zamanı elektrik vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, ailədə üç bacının tək qardaşı olan T.Məmmədli subay olub. İki il öncə bir bacısı da qəflətən dünyasını dəyişib.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.