
“gece.ws” xəbər verir ki, hadisə iyulun 24-ü saat 21 radələrində Quba şəhəri Qəçreş yolunda yerləşən bağ evlərindən birində baş verib.
Bağ evində istirahət edən 1997-ci il təvəllüdlü Bakı sakini Rəvan Azad oğlu Zamanovun halı qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Zamanov ötən il dələduzluq əməlinə görə məhkum edilibmiş.
Faktla bağlı araşdırmalar aparılır.