Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.20.2026 | 18:57 | Baxılıb: 1648
Yasamal rayonu ərazisində bir nəfərə məxsus “Toyota” markalı avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb.

“gece.ws” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X.İsgəndərova, 34 yaşlı A.Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Rəfiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.