Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.19.2026 | 12:15 | Baxılıb: 2832
Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib.

“gece.ws” “Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova bu gün müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, sözügedən yanğın hadisəsi iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində F.Zeynalovanın 2023-cü il təvəllüdlü azyaşlı oğlu Emil Cəfər oğlu Zeynalov da ölüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.