Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 09:34 | Baxılıb: 3223
Balakəndə bıçaqlanma hadisəsi olub.

“gece.ws” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, mağazada olarkən 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirilib.

Hadisəni onun tanışı 30 yaşlı Nicat Qocayevin törətdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.