Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.06.2026 | 18:33 | Baxılıb: 1699
Samuxda bıçaqlanma hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayon ərazisində çayxanalardan birində olub.

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Röyal Yolçuyev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib. Onun vəziyyəti kafidir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvil verilib.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.