Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.18.2026 | 14:38 | Baxılıb: 22504
Fransada ardıcıl yağan yağışlar ölkə tarixində yeni rekordla nəticələnib.

“gece.ws” xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Belə ki, Fransada yanvarın 14-dən fevralın 18-dək ardıcıl 36 gün yağış yağıb. Bu göstərici ölkə tarixində müşahidə olunan ən uzun fasiləsiz yağış dövrü hesab olunur.

Ardıcıl yağan yağışlar bir sıra departamentlərdə daşqınlara səbəb olub. Nəticədə bir neçə departamentdə ən yüksək - qırmızı səviyyəli təhlükə elan edilib. Bundan əlavə, 9 departamentdə narıncı xəbərdarlıq səviyyəsi tətbiq olunub və fevralın 19-u bu departamentlərin sayı 10-a çatdırılacaq.

Bundan əvvəlki rekord isə 2023-cü ildə qeydə alınmışdı. Həmin vaxt ölkədə oktyabr-noyabr aylarında 32 gün ardıcıl yağış yağmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.