Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 00:19 | Baxılıb: 4026
Şəmkir rayonunun Abbaslı kəndində yol kənarında 36 yaşlı şəxsin meyiti tapılıb.

“gece.ws” xəbər verir ki, Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elçin Qurbanovun meyiti rayonun Abbaslı kəndi ərazisində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı meyitin üzərində  zorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.