
“gece.ws"in məlumatına görə, rayonun Cil kənd sakini, 37 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.
Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub.
Surxay Şahbazov

