Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.18.2026 | 14:33 | Baxılıb: 822
Bu ilin ilk 4 ayında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

“gece.ws” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir. 

Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Təkcə aprel ayında Azərbaycandan Ermənistana 3 milyon 889 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi bildirilir. 

Xatırladaq ki, DGK-nin daha əvvəl açıqladığı məlumata görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu, son 35 ildə Azərbaycanın Ermənistandan ilk məhsul idxalı olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.