
“gece.ws” “Sohu” nəşrinə istinadən xəbər verir ki, hadisə Pekin yaxınlığındakı Fanşan rayonunda baş verib.
Təqaüdçü qadın aprelin 8-də Çanqou kəndindəki evindən təkbaşına çıxdıqdan sonra itkin düşüb. Ailəsinin polisə müraciətindən sonra yerli hüquq-mühafizə orqanları, xilasedicilər və könüllülərdən ibarət geniş axtarış qrupu yaradılıb. Dörd gün yarım davam edən intensiv əməliyyatdan sonra yaşlı qadın armud bağlarının birində tapılaraq dərhal xəstəxanaya çatdırılıb.
Həkimlər müayinə zamanı qadının sağlamlığında ciddi bir fəsad aşkar etmədiklərini, hazırda vəziyyətinin stabil olduğunu bildiriblər. 87 yaşlı qadının bu qədər uzun müddət ekstremal şəraitdə sağ qalması Çin sosial mediasında böyük rezonans doğurub və istifadəçilər tərəfindən “möcüzə” kimi qiymətləndirilib.