Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.11.2026 | 02:25 | Baxılıb: 4734
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

“gece.ws” xəbər verir ki, bu gün dörd oyun keçirilib.

Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərənin “Liverpul” komandasını qəbul edib.

Almaniya çempionu “Bavariya” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” klubu isə İspaniyada “Atletiko"in qonağı olub.

Pley-off-da “Qarabağ”ı mübarizədən kənarlaşdıran İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə) 1:0

“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə) 5:2

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1

“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) 1:6

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.