
“gece.ws” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.
Hər iki idmançının rəqibi Belçikanı təmsil edir. Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.
Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finalda mübarizə aparacaqlar. Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.
“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.