
“Qafqqazinfo” xəbər verir ki, bu, Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.
Məlumata əsasən, 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Onlardan 1176-sı qadın, 237-si kişi olub.
2025-ci ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 39 cinayət qeydə alınıb.
Məişət zorakılığı ilə bağlı ölən qadınların sayı 40 olub, onlardan 38-i adam öldürmə cinayətinin qurbanı olub.
2025-ci ildə 21031 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1337-si qadın olub. 2024-cü ildə 22485 cinayət törətmiş şəxsdən 1235-i qadın olub.
Ötən il qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cinayət qeydə alınmayıb.
Nuranə Daxilqızı