
“gece.ws"in məlumatına görə, hadisə rayon ərazisində olub.
Belə ki, 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.