Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.20.2026 | 01:04 | Baxılıb: 3371
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens benzin qiymətlərindəki artımın amerikalılar üçün çətinlik yaratdığını etiraf edib, lakin bu vəziyyətin müvəqqəti xarakter daşıdığını bildirib.

“gece.ws"in xəbərinə görə, Vens Miçiqanda keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar enerji bazarına təsir göstərib.

Onun sözlərinə görə, hökumət qiymətlərin stabilləşdirilməsi üçün addımlar atır.

“Benzin qiymətləri artıb, bunu bilirik. İnsanlar çətinlik çəkirlər və biz qiymətləri aşağı saxlamaq üçün əlimizdən gələni edirik”, - deyə o vurğulayıb.

Vitse-prezident əlavə edib ki, mövcud vəziyyət uzunmüddətli deyil:

“Bu, əbədi davam etməyəcək. Benzin qiymətlərinin normallaşdığını görəcəksiniz. Problemin fərqindəyik və onu həll etmək üçün çalışırıq”.

O, həmçinin ABŞ administrasiyasının müxtəlif həll variantları üzərində işlədiyini və yaxın 24-48 saat ərzində yeni qərarların açıqlana biləcəyini qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.