Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.04.2026 | 15:54 | Baxılıb: 1901
Bu gün Mingəçevirdə bədbəxt hadisə baş verib.

“gece.ws” xəbər verir ki, şəhər sakini 19 yaşlı Nailə Əkbərova yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Ağır xəsarət alan qız Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sözügedən tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan qıza ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanaxma diaqnozu qoyulub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.