Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.05.2026 | 00:22 | Baxılıb: 3120
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında saxlanılma şəraitindən gileylənərək, ona qarşı qeyri-insani rəftar olunduğunu bildirib.

“gece.ws” xəbər verir ki, eks-prezident balaca, havalandırılmayan və antisanitar şəraiti olan kamerada saxlanıldığını iddia edib.

Saakaşvili digər siyasi məhbusların da bənzər vəziyyətdə olduğunu vurğulayaraq, oktyabrın 1-də həbs olunmasının 5 ilinin tamam olacağını xatırladıb:

“Nəzarət altında bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılmaq beynəlxalq normalara görə işgəncə və qeyri-insani rəftar hesab olunur”.

Məlumat üçün bildirək ki, bir qədər əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Saakaşvilinin “sağlam düşüncədən tamamilə uzaqlaşdığını” bəyan etmişdi.

Xatırladaq ki, 2004–2013-cü illərdə Gürcüstana rəhbərlik edən Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə ölkəyə qayıtdıqdan dərhal sonra həbs olunub. Qiyabi olaraq korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ümumilikdə 12 il azadlıqdan məhrum edilən eks-prezident həbsxanada dəfələrlə aclıq aksiyası keçirib və səhhətinin pisləşdiyini əsas gətirərək azadlığa buraxılmasını tələb edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.