
“gece.ws” xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.
İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.
Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
APA-nın məlumatına görə, hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş.
Elmar Məmmədli 5 uşaq atası olub.
Surxay Şahbazov