Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.20.2026 | 01:22 | Baxılıb: 1496
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, hadisə axşam saatlarında rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Səidə Məmmədova yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.